Müdafiə Nazirliyi cəbhə xəttində vəziyyətin gərginləşdiyini bildirir
Müdafiə Nazirliyinin mətbuat xidməti cəbhə xəttinin bir neçə istiqamətində vəziyyətin gərginləşdiyini bildirir. Belə ki, yanvarın 22-nə keçən gecə erməni bölmələri Azərbaycan ordusunun mövqelərini iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan atəşə tutublar. Sutka ərzində erməni tərəfdən 106 dəfə atəş açılıb.
Ermənistan-Azərbaycan sərhədində və Qarabağda cəbhə boyunca atışma olub. Bütün hallarda cavab atəşi açılıb, itki yoxdur.
Qeyd edək ki, son üç gündə erməni tərəfi dörd hərbçisinin həlak olduğunu və bir neçəsinin yaralandığını bildirib. Guya bu itkilər Azərbaycan tərəfdən təxribat qruplarının hücumları və snayper atəşləri nəticəsində baş verib.
Azərbaycan Müdafiə Nazirliyi bu məlumatları təkzib edib. 02D-
-
- Bazarların icmalı
- 22 Yanvar 2015 11:48
-
- Siyasət
- 22 Yanvar 2015 12:08
Cəmiyyət
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
-
Fevralın 13-də paytaxtda və Abşeron yarımadasında yağıntı gözlənilir. Şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə, nisbi rütubət 70-80% təşkil edəcək.
-
"Son 10 ildə ali təhsil müəssisələrinə qəbul göstəricisi artıb və bu da kəmiyyət göstəricisidir". Bunu təhsil naziri Emin Əmrullayev fevralın 10-da Bakıda Dünya Bankının illik qlobal hesabatının təqdimatında deyib.
Rəy yaz