![Müdafiə Nazirliyi ermənilərin canlı qüvvəsinin və texnikasının məhv edildiyini bildirib](https://turan.az/resized/./turan-750-500-resize.webp)
Müdafiə Nazirliyi ermənilərin canlı qüvvəsinin və texnikasının məhv edildiyini bildirib
Bakı/07.07.17/Turan: İyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Füzuli-Xocavənd istiqamətində erməni tərəfin mövqelərinə, xüsusilə taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə artilleriya zərbəsi endirib.
İlkin məlumatlara görə, qarşı tərəf xeyli itki verib, texnikası məhv edilib.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Hələlik erməni tərəfi məlumatı şərh etmir.02D-
Cəmiyyət
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
-
Polis Bakıdakı 210 saylı məktəbdə uşaqları onlayn oyunlarda iştiraka çağıran yazıların yayılması ilə bağlı araşdırma aparıb.
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
Rəy yaz