Müdafiə Nazirliyi hərbi kəşfiyyatçıların hazırlığı üçün poliqon açıb
Bazar ertəsi hərbi qulluqçuların atəş və taktiki hazırlığı üçün nəzərdə tutulan yeni Təlim-Atış Mərkəzi açılıb. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Mərkəzdə cəbhə xəttindəki vəziyyətin modelləşdirilməsi, təlimlərin real döyüş şəraitinə uyğun olaraq keçirilməsi, düşmənin təxribat-kəşfiyyat cəhdlərinin qarşısının alınması, əks tədbirlərin görülməsi və digər praktiki məşqlərin keçirilməsi üçün bütün şərait yaradılıb. Eyni zamanda, poliqonda istənilən şəraitdə hazırlıq məşqlərini keçmək məqsədilə müvafiq siniflər hazırlanıb.
Poliqonda şəxsi heyət silahlanmada olan atıcı silahlar, minaatanlar və qumbaraatanlardan istifadə etmək bacarığına yiyələnəcək və təcrübə qazanmaq imkanı əldə edəcəklər. Ərazidə hazırlanmış hədəf sahəsi tam kabelləşdirilib, avtomatik enib-qalxma hədəfləri, geri daxil olan məlumatlar və qiymətləndirmə avadanlığı ilə təmin edilib.
Müdafiə naziri Zakir Həsənov mərkəzdə yaradılan şəraitlə tanış olub.
Mərkəzin yerləşdiyi yer açıqlanmır.-02D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz