�Müsəlman Birliyi� Hərəkatının sədrinin həyat yoldaşına qarşı ittiham elan edilib
Bakı/27.09.19/Turan: Sentyabrın 27-də həbsdə olan "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadəyə Ədliyyə Nazirliyinin istintaq idarəsində Cinayət Məcəlləsinin 317-1.1 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi) maddəsi ilə ittiham elan edilib. Bu barədə Leyla İsmayılzadə "Amerikanın Səsi"nə müsahibəsində bildirib.
"Bu gün müstəntiq Xaqani Sadıqov ittiham elan etdi və mən iltizama imza atdım. Barəmdə başqa yerə getməmək barədə iltizam tədbiri seçilib", deyə İsmayılzadə qeyd edib.
Penitensiar Xidmətin məlumatına görə, bu il martın 21-də Leyla İsmayılzadə Qobustan Qapalı Həbsxnasında saxlanlılan həyat yoldaşı ilə görüşə gələndə mobil telefon və danışıq kartı keçirmək istəyib.
"Məhkum Taleh Bağırovun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş arvadı, Bakı şəhər sakini Leyla İsmayılzadə tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd "Samsung" markalı mobil telefon və 1 ədəd danışıq kartı aşkar edilmişdir".
Leyla İsmayılzadə isə qayınatasına məxsus sözügedən telefonun işlək olmadığını, uşağın ondan oyuncaq kimi istifadə etdiyini və həbsxanaya məqsədli şəkildə gətirilmədiyini bildirib.
"Gündüzlər o telefonda Abbas (azyaşlı oğlu) Youtube-da cizgi filminə baxır, axşamlar da babası saytlara baxır. Başımız qarışıq olub, heç bilməmişik nə vaxt atıb oyuncaqların arasına. Elə birbaşa çantanı götürüb aparmışıq. Həbsxanada bütün çantaları, əşyaları yoxlamaya təqdim etmişdik. Çantaları yoxlayıb gətirdilər, Abbasın oyuncaq çantasını da. Artıq görüşdə idik, Abbas oyuncaqlarıyla oynayırdı, gəlib Talehi çağırdılar ki, uşağın oyuncaq çantasının içindən telefon tapılıb. Gətirib telefonu göstərəndə özümdən ixtiyarsız qayıtdım ki, biz bu telefonu iki gündür axtarırdıq. Ağlımıza gəlməzdi ki, oyuncaqların arasına atar".
Leyla İsmayılzadə hesab edir ki, həyat yoldaşına təzyiq məqsədilə bu olayı şişirdirlər.
"Əlbəttə, cinayət işi qaldılmasına ehtiyac yox idi. Mən Qobustanda da izahatımda qeyd etmişəm ki, telefonu gizli yerdə keçirərlər. Mən gətirdiyim bütün çantaları yoxlamaya təhvil vermişəm. Telefonun ölçüsü böyük olub. Sadəcə uşaq bizim xəbərimiz olmadan çantaya atıb. Bu, yoldaşımın üçüncü həbsidir. Mən həbsxanaya giriş qaydalarını bilirəm və həyat yoldaşım üçün problem yaratmaram", deyə o qeyd edib.
Cinayət Məcəlləsinin 317-1.1 maddəsinin sanksiyasında 1000 manatdan 2000 manata qədər cərimə və ya iki ilədək islah işləri, yaxud da iki ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. -03B-
-
- İqtisadiyyat
- 27 Sentyabr 2019 15:26
-
- Siyasət
- 27 Sentyabr 2019 16:32
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz