Ruslan İzzətli. Açiq mənbələrdən foto.
Müxalif hərəkatın lideri xəstəxanaya yerləşdirilib
Bakı/04.09.20/Turan: Hərbi xidmətdə olan D18 Hərəkatının sədri Ruslan İzzətlinin səhhətində ciddi problem yarandığı üçün o, sentyabrın 2-də Bakıda hospitala yerləşdirilib. Karantin rejimi bəhanəsi ilə ailə üzvləri İzzətlinin yanına buraxılmır, bu barədə Hərəkatdan məlumat veriblər.
Təşkilatdan xatırladıblar ki, İzzətli sağlamlıq vəziyyəti ilə əlaqədar xidmətə yararsız hesab olunsa da, bu ilin mayında hərbi xidmətə çağırılıb.
Hərəkatda bunu İzzətlinin 9 fevral parlament seçkilərində fəal iştirakı və seçkilərdən sonra etiraz aksiyaları təşkil etməsi ilə əlaqələndiriblər. -06D-
-
- Sual-cavab
- 4 Sentyabr 2020 15:35
-
- İqtisadiyyat
- 4 Sentyabr 2020 15:46
Cəmiyyət
-
Bakıda Əhmədli, Günəşli, NZS qəsəbələri və bəzi digər ərazilərdə pis qaz qoxusu ilə bağlı şikayətlər səngimir. Şikayətçilər deyir ki, bu, artıq yenə neçə gündür baş verir.
-
Yanvarın 23-də Bakıda hava tutqun olacaq. Axşam və səhər bəzi yerlərdə yağış yağacaq.
-
Yanvarın 18-də İmişli rayonunda baş vermiş yol-nəqliyyat qəzasında zərər çəkmiş daha bir nəfər Bakıda xəstəxanada vəfat edib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının (2015-ci ildə anadan olub) həyatını xilas etmək mümkün olmayıb.
-
Sosial mediada tənqidi paylaşımlarına görə saxlanılan müxalifət üzvləri həmin gün azadlığa buraxılıb, polis tərəfindən kobud rəftar və zorakılıq hallarına dair heç bir məlumat yoxdur, "Müsavat" Partiyası sədr müavini Mustafa Hacıbəyli Turan xəbər agentliyinə bildirib.
Rəy yaz