Açiq mənbələrdən foto.
Müxalifətçini məhkəməyə gətirmədilər
Bakı/28.08.20/Turan: AXCP fəalı Ramid Nağıyevin ev dustaqlığına verilməsi barədə vsatətə baxılması qeyri-müəyyən müddətə təxirə salınıb.Dinləmələr avqusutun 28-də Bakının Nəsimi rayon məhkəməsində olmalı idi. Amma iclasın başlanğıcında məlum olub ki, onun iştirakı təmin edilməyib.
AXCP-nin məlumatında deyilir ki, Penitensiar Xidmətin 3 saylı təbbi müəssisəsindən məhkəməyə arayış göndərilib ki, R.Nağıyev iyulun 29-u və 30-da, habelə avqustun 12-də koronavirusa görə testdən keçirlib, nəticələr neqativ olub.
Bu isə o deməkdir ki, bütün karantin müddəti başa çatıb. Amma buna baxmayaraq onu məhkəməyə gətirməyiblər.
Xatırladaq ki, R.Nağıyev iyulun 14-15-də keçirilmiş yerüşdə iştirak etdiyinə görə itylun 18-də saxlanılıb. Həbsindən sonra istintaq hərəkəti aparılmayıb.
Onu görüş və telefon danışına icazə verilməyib. Bu isə R.Nağıyevə işgəncə verilməsi şübhələrini artırır.
O, Cinayət Məcəlləsinin 186.2.1-ci (əmlakı bilərəkdən məhv etmək), 233-cü (ictimai asayişin pozulması), 315.1-ci (hakimiyyət nümayəndəsinə müqavimət), maddələrilə ittiham edilir. Onu 7 il həbs cəzası gözləyir.
Hüquq müdafiəçiləri onu siyasi məhbus sayırlar.-03B06
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz