Nardaranda həlak olan mülki şəxslərin meyitləri hələ də verilməyib
Noyabrın 26-da Nardaranda baş verən hadisələr zamanı həlak olan mülki şəxslərin meyitləri hələ ailələrinə verilməyib. Bu haqda Turan-a kənd ağsaqqalı Natiq Kərimov bildirib.
Onun sözlərinə görə, həmin meyitlər Həzi Aslanov metrosunun yaxınlığındakı 7 saylı xəstəxananın morqunda saxlanılır. “Bir neçə gün öncə meyitlərin dəfn edilməsi barədə sayiələr yayıldı, amma bu meyitlərin harada dəfn edildiyini öz gözü ilə görən bir şahid belə olmadı, hətta valideynlər belə övladlarının harada dəfn edildiklərini bilmirlər. Odur ki, bu şayiə inandırıcı deyildi, elə də oldu”, - H.Kərimov qeyd edib. Onun sözlərinə görə, övladlarını itirən valideynlər bu gün saat 13:00 radələrində Nardaran pirinə çağırılıb, həmin görüşdə meyitlərin verilməsi məsələsinin müzakirə ediləcəyi deyilib.
Kənd ağsaqqalı kənddə hələ də polis postlarının qaldığını, sakinlərin yoxlanmalarının davam etdiyini nəzərə çatdırıb.
Kəndə hələ də qaz və işıq verilməyib. Onun sözlərinə görə, dünəndən “Azəriqaz” və “Azərişıq” nümayəndələri kəndin elektrik və qaz xətlərinə baxış keçirsələr də nəticə yoxdur. Camaat taxta, ağac, sellafon torbaları yandırmaqla qızınır. “Hələ də bilmirik ki, işıq olacaq ya yox, olacaqsa nə zaman olacaq?”-, N.Kərimov bildirib.-05B-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz