![Nardaranda vəziyyət gərgin olaraq qalır](https://turan.az/resized/750/500/resize/media/2015/main/120300138695.jpg)
Nardaranda vəziyyət gərgin olaraq qalır
Dekabrın 3-də cümə axşamı Nardaranda vəziyyət gərgin olaraq qalır. Dördüncü gündür ki, qəsəbə ətrafında bütün yollar Daxili Qoşunların və polisin nəzarətindədir.
Bu gün qəsəbənin əsas girəcəklərinə əlavə maneələr qoyulub, yerli sakinlər bildiriblər.
Qəsəbədə əvvəlkitək DİN-in xüsusi bölmələri və zirehli texnika var. Qəsəbədə xüsusi əməliyyat davam edir. Yalnız çörək maşınları buraxılır.
Qəsəbəyə və jurnalistlər və kənar şəxslər buraxılmır. Qaz, işıq yoxdur.-0-
Cəmiyyət
-
Bazar günü, iyulun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
-
Bakı şəhəri ərazisində qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində müxtəlif ünvanlarda əməliyyat tədbirləri həyata keçirilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisində yaşamaq və qalmaq hüququ verən sənədləri olmayan 34 əcnəbi müəyyən edilərək saxlanılıb.
-
Azərbaycan Müdafiə Nazirliyi (AMN) iyulun 25-də bəyanat yayaraq son günlərdə Ermənistanı Kəlbəcərdə ağır silahlar, Tovuz istiqamətində isə kvadrokopter tətbiq etməklə ona qarşı “təxribatlar törətməkdə” günahlandırıb. Üstəlik, Ermənistanın Qərb ölkələri ilə hərbi əməkdaşlığından narazılıq və narahatlıq ifadə edib.
-
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin son əməliyyatları zamanı narkotik maddələrin qanunsuz dövriyyəsilə məşğul olan mütəşəkkil dəstənin 5 üzvü - əvvəllər məhkum olunmuş Bəhlul İsmayılov, Röyal Əliyev, Xəyal Alıyev, Samir Ağayev və Əli Məmmədli saxlanılıblar.
Rəy yaz