Nardaranlılar hökumətdən fərqli olaraq xüsusi mülkiyyətə hörmətlə yanaşır, amma dənizi hasarlayıblar
Nardaran camaatı hökumətdən fərqli olaraq xüsusi mülkiyyətə hörmətlə yanaşır. Kənd camaatı heç kimin xüsusi mülkiyyətini dağıtmaq fikrində deyil. Amma dənizin çəpərlənməsi bir həqiqətdir. Məmurlar Nardaranda dəniz kənarında hektarlarla torpaqları hasarlayıb. Onların adlarını hökumətdə hamı yaxşı bilir. Bu barədə deputata Zeynab Xanlarovanın Milli Məclisin dünənki plenar iclasında dəniz sahilinin hasarlanmasının yerli sakinlərin ciddi narazılığına səbəb olması ilə bağlı çıxışına münasibət bildirən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Turana bildirib.
O kənd sakinlər adından deputata Xanlarovaya problemlərini səsləndirdiyi üçün təşəkkür edib. bildirib. “Dəniz sahilləri məmurlar tərəfində özəlləşdirilməyib, sadəcə özününküləşdirlib. Biz problemin qanunlar daxilində hüququ qayda da həllini istəyirik”, o qeyd edib.
Deputat Fazil Qəzənfəroğlu da dəniz sahillərinin hasarlanmasının əleyhinədir. “Xalqın qalxıb-qalxmayacağını deyə bilmərəm. Ancaq dəniz sahilinin divara alınmasının tam əleyhinədir. Parlamentdə də bir neçə dəfə bu məsələni qaldırmışam”, deputata Turana bildirib.
Deputata İqbal Ağazadə deyib ki, dəniz sahillərinin hasara alınması ümumilikdə xalqı narahat edən məsələlərdəndir. “Zeynəb Xanlarovanın dediyində böyük həqiqət var. Bəzi yerlərdə dənizə çıxışlar ümumiyyətlə bağlanıb. Dəniz bütün insanlarındır. Bu məsələləri parlamentdə mən də dəfələrlə qaldırmışam”, Ağazadə Turana bildirib.-03B-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz