Naxçıvanda iki biznesmenin həbs cəzasını şərti cəza ilə əvəz etdilər
Naxçıvanda biznesmenlər Məhəmməd Qurbanov və Nadir Məmmədov həbsdən azad edilib.
Turan-ın regional müxbirinin verdiyi məlumata görə, NMR Ali Məhkəməsi daha əvvəl müvafiq olaraq 4 və 5 il müddətinə azadlıqdan məhrum edilmiş Qurbanovun və qohumu Məmmədovun şikayətini qismən təmin edib.
Cinayət Məcəlləsnin 70-ci maddəsini tətbiq edərək, NMR Ali Məhkəməsi Qurbanov və Məmmədov barəsində müvafiq olaraq 3 və 2 il şərti azadlıqdan məhrumetmə cəzası çıxarıb.
Bu zaman məhkəmə 60 yaşı Qurbanovun yaşını, Məmmədovun isə azyaşlı uşağı olmasını diqqətə alıb.
Hər iki şəxs məhkəmə zalında azad edilib. Bununla belə, hər ikisi özlərini təqsirsiz hesab etməkdə davam edir.
Qurbanov, onun qohumu və köməkçisi Nadir Məmmədov dekabrın 8-də bir gün əvvəl gömrük işçilərinin saxladığı yüklərini almaq üçün gəldikləri “Sədərək” gömrük məntəqəsində döyülüblər. Yük sahibinin gömrükçülərə rüşvət ödəməkdən imtina etməsi ilə əlaqədar saxlanılmışdı. Qurbanov və Məmmədovun döyülməsinə baxmayaraq, onların özlərini gömrük işçilərinə müqavimət göstərmək və xuliqanlıq ittihamı ilə saxlayaraq, fevralın 13-də müvafiq olaraq 4 və 5 il müddətinə həbs ediblər. -16B06-
-
- Söz istəyirəm
- 26 Aprel 2013 15:29
-
- İqtisadiyyat
- 26 Aprel 2013 15:39
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz