Nazirlər Kabineti XDMX-nin bəzi şöbələrinin əməkdaşlarının maaşlarına əlavələr təyin etdi
Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) bəzi şöbələrinin əməkdaşlarının maaşlarına əlavələrin təyin edilməsi qərarını imzaladı.
Sənədə əsasən, müvafiq fondlar dairəsində xidmətdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin müxtəlif adda yüksəkixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına hər il onların iki aylıq vəzifə maaşı məbləğindən və Texniki Müayinə İdarəsinin kinoloji mərkəzində xidməti itlərə qulluq və təlim keçən əməkdaşlarına, eləcə də İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizlik İdarəsinin regional şöbələrində atlara qulluq edən işçilərinə onların aylıq vəzifə maaşının 20 faizi məbləğindən çox olmamaqla, həmin Xidmət tərəfindən əlavələr ödəniləcək. -06D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz