Nazirlik qurbanlıq yarmarkaları təşkil edir
Bakı/29.08.17/Turan: Kənd Təsərrüfatı Nazirliyi Qurban Bayramı ilə əlaqədar qurbanlıqların kəsilməsi barədə açıqlama yayıb.
Açıqlamada deyilir ki, nazirlik sentyabr ayının 1-i səhər saat 9:00-dan Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsini nəzərdə tutur.
Nazirlik bildirir ki, eləcə də süni qiymət artımının qarşısının alınması üçün İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı şəhərində qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.
Nazirlik bəyan edir ki, qurbanlıq heyvanların satışının Əliyar Əliyev küçəsi 26, Keşlə bazarının yanında (Nərimanov rayonu), "Nargilə kafesi"nin yanında (Xətai rayonu), Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 8-də (Parkın yanında) (Səbail rayonu), Şərifzadə küçəsi 196-da ("İdeal" şadlıq sarayının həyəti) (Yasamal rayonu) təşkil olunması gözlənilir.
Xatırladaq ki, Qurban bayramı bu il sentyabr ayının 1-2-nə təsadüf edir. -05D-
-
- Siyasət
- 29 Avqust 2017 15:55
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz