Nərimanov rayon məhkəməsi Meydan TV-nin əməkdaşı barədə həbs qərarı çıxarmadığını bildirib
Meydan TV ilə əməkdaşlıq edən reportyor Şirin Abbasovun inzibati qaydada həbsi ilə bağlı Nərimanov rayon məhkəməsi qərar qəbul etməyib. Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.
Vəkil fikrini Nərimanov rayon məhkəməsinin onun sorğusuna cavabı ilə əsaslandırıb.
“Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) icraatında olan inzibati və cinayət işləri üzrə ərazi aidiyyəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsidir. Məhz BMCMİ-dən bildirmişdilər ki, Meydan TV ilə əməkdaşlıq edən reportyor Şirin Abbasov barədə inzibati həbs qərarını Nərimanov rayon məhkəməsi verib. Məsələ ilə bağlı Nərimanov rayon məhkəməsinə sorğu göndərdim. Yazılı arayış verdilər ki, Nərimanov rayon məhkəməsinin icraatında ümumiyyətlə belə bir iş olmayıb”, deyə vəkil qeyd edib.
Şirin Abbasov sentyabr 16-da Bakı Dövlət Universitetinə dərsə gedərkən saxlanılıb. Vəkil Sadıqov bir neçə gün öncə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən ona Abbasov barədə Nərimanov rayon məhkəməsinin 30 sutka inzibati həbs qərarının olduğunu bildirdiklərini deyib. -03D-
-
- İqtisadiyyat
- 28 Sentyabr 2015 16:35
-
- Cəmiyyət
- 28 Sentyabr 2015 16:58
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz