NİDA-dan üz döndərən Bəxtiyar Quliyev apellyasiya şikayətindən də imtina etdi
İyunun 27-də Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə NİDA fəallarının işi üzrə hazırlıq iclası keçirilib.
İclasın əvvəlində hakim elan edib ki, təqsirləndirilən Bəxtiyar Quliyev apellyasiya şikayətindən imtina edib.
Lakin birinci instansiya məhkəməsində Quliyevi müdafiə edən vəkillər, həmçinin digər təqsirləndirilənlər onun şəxsən iştirak etməli və imtinasını təsdiq etməli olduğunu bildiriblər.
Vəkillər həmçinin qismən məhkəmə istintaqının aparılması ilə apellyasiya şikayətinə yenidən baxılması haqqında vəsatət qaldırıblar.
Daha sonra onlar həbs qətimkan tədbirinin dəyişdirilməsi haqqında vəsatət qaldırıblar.
Müşavirədən sonra məhkəmə bütün vəsatətləri rədd edib, amma Quliyevin şikayətdən imtina haqqında bəyanatını təmin edib. Şikayətə baxılması iyulun 11-nə təyin edilib.
Xatırladaq ki, Bəxtiyar Quliyev bir müddət əvvəl NİDA-da çıxdığını bəyan edib və dövlət başçısına əməllərindən peşman olduğu barədə müraciət edib.
* 6 may 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Şahin Novruzlu, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov, Zaur Qurbanlı və İlkin Rüstəmzadəni 10 mart 2013-cü ill etiraz aksiyası zamanı kütləvi iğtişaşlar planlaşdırmaqda, qanunsuz olaraq partlayıcı maddə və narkotik saxlamaqda, habelə xuliqanlıqda təqsirli bilərək, 6 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Xatırladaq ki, Amnesty İnternational bütün məhkumları “vicdan məhbusu” kimi tanıyıb. -16/06D-
-
- İqtisadiyyat
- 27 İyun 2014 18:32
-
- Cəmiyyət
- 27 İyun 2014 19:07
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz