NİDA fəallarının işi üzrə məhkəmə təxirə salınır
İki gündür ki, Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə NİDA hərəkatının 7 fəalı və “Azad Gənclik” təşkilatının üzvünün işi üzrə məhkəmə prosesi təxirə salınır.
Bu günə təyin edilmiş proses də baş tutmayb.
Vəkil Rəşid Hacılının Turan-a verdiyi məlumata görə, MTN şahidləri prosesə gəlməyib.
Bu səbəbdən iclas təxirə salınıb. Hakim bildirib ki, növbəti iclasa digər şahidlər də çağırılacaq.
NİDA üzvləri şahidlərin məcburi qaydada məhkəməyə gətirilməsi haqqında qərar çıxarmağı təklif ediblər. Növbəti iclas yanvarın 30-na təyin edilib.
Müttəhimlər Fəvvarələr meydanında 10 mart 2013-cü il etiraz aksiyası zamanı kütləvi iğtişaşlar hazırlamaqda ittiham edilirlər. -16D04-
Cəmiyyət
-
İnnovasiya və sürət lideri “Bakcell” prestij və fərqliliyi sevən müştəriləri üçün xüsusi olaraq 100 seriyalı nömrələrini təqdim edir. Yeni seriya çərçivəsində müştərilər “055 100 XX XX” formatında unikal nömrələr əldə edə biləcəklər.
-
Vəkil Aslan İsmayılov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova ictimai müraciət edərək, ölkənin məhkəmə sistemində təcili islahatlar aparılmasını tələb edib. İsmayılov, məhkəmələrdəki sistematik korrupsiya və prosedur pozuntularının ictimai narazılığı artırdığını və bunun gələcəkdə daha geniş etirazlara səbəb ola biləcəyini xəbərdarlıq edib.
-
Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində yanvar ayının 30-da saat 11:20-də "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 16,4 kq narkotik vasitə (11 kq 300 qram marixuana, 5 kq 100 qram tiryək) və 1990 ədəd narkotik tərkibli güclü təsiredici metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana ərazisinə keçirilməsinin qarşısı alınıb.
-
Fevralın 5-də soyuq, küləkli hava şəraiti gözlənilir, xəbəri sinoptiklər yayıb. Paytaxtda və ölkənin əksər hissəsində gücü saniyədə 20 metrə çatan şimal-qərb küləyi əsəcək.
Rəy yaz