![Nobel prospektində asfalt çöküb](https://turan.az/resized/media/2014/main/042100076168-750-500-resize.webp)
Nobel prospektində asfalt çöküb
Aprelin 21-də səhər Nobel prospektində asfaltın çökməsi bu yolda nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasına səbəb olub. Asfaltın 3 metr diametrə yaxın çökməsi xeyli suallar ortaya çıxarıb.
Yoxlama zamanı müəyyən edilib ki, torpaq qrunt sularının nəticəsində çöküb, yeraltı kommunikasiyalardan su sızması ilə bağlı şübhələr özünü doğrultmayıb.
Qeyd edək ki, bu trass yaxınlarda inşa edilib və paytaxtın ən yaxşı yollarından biri sayılırdı.
Çökmənin baş verdiyi yerin yaxınlığında neft emalı zavodu yerləşir və “Ağ şəhər” – dəniz sahılinin yanında yeni dəbdəbəli məhəllə salınır. -02В-
Cəmiyyət
-
Şənbə günü paytaxtda hava tutqun olacaq, səhər sulu qar gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2, gündüz müsbət 3 dərəcə olacaq. Rütubət 70-75 faiz olacaq.
-
Polis Bakıdakı 210 saylı məktəbdə uşaqları onlayn oyunlarda iştiraka çağıran yazıların yayılması ilə bağlı araşdırma aparıb.
-
Fevralın 8-dən Mingəçevirdən Şuşa şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bildirib.
-
Azercell “Həyatı daha dolğun edirik: Qadınlara Dəstək Proqramı” sosial layihə müsabiqəsi çərçivəsində layihənin qaliblərindən biri olan “Balans” İctimai Birliyi ilə bərabər Şəkidə qadın sahibkarlığını təşviq edən proqram həyata keçirib.
Rəy yaz