Özünü islam xadimi adlandıran şəxs Azərbaycan xalqını təhqir edib
Bakı/29.01.19/Turan: Yanvarın 18-də Moskvanın Otradnoye rayonundakı "Yardam" məscidinin ərazisinə azərbaycanlıların girişi qadağan edilib. Buna Rəşit Jabbaroviç Bəyazitov adlı şəxsin qadağa qoyması səbəb olub.
Bu tatar müsəlman xadimi Sibir Dini İdarəsinə rəhbərlik edir.
Moskvadakı Azərbaycan diasporunun nümayəndələri Turan-a bildiriblər ki, Bəyazitov özünü çox kobud aparıb və azərbaycanlıların ünvanına təhqiramiz sözlər işlədib.
Bu islam xadiminin qəzəbinə azərbaycanlıların şişirdilmiş kommunal xidmətlərə və məscidin mühafizəsinə görə pul ödəməkdən imtina etməsi səbəb olub.
Dispor fəallarının sözlərinə görə, Bəyazitov ödənişə dair heç bir qəbz vermir, sadəcə, müəyyən məbləğin ödənilməsini tələb edir.
Qalmaqalın şahidləri Turan agentliyinə bu "münaqişə" ilə bağlı video göndərərək Azərbaycan KİV-dən baş verənlərin işıqlandırılmssını xahiş ediblər.
Baş verənlərlə bağlı Qafqaz Müsəlmanları İdarəsindən şərh almaq cəhdləri nəticə verməyib. Lakin şeyxülislam Allahşükür Paşazadə Moskvada Bütün Rusiyanın patriarxının təşkil etdiyi növbəti təntənəli tədbirdədir. Ümid edək ki, vaxt taparaq müsəlman xadim tərəfindən azərbaycanlıların məscidə girişinin qadağan edilməsi və təhqir olunması məsələsnə diqqət ayıracaq.
Bununla belə, diaspor nümayəndələri Bəyazitovu məhkəməyə veriblər, təhqiramiz ifadələrə görə cəzalandırılmasını tələb ediblər.
Qeyd edək ki, bu məscid vaxtilə Ruaiyada yaşayan soydaşlarımızın ianəsi hesabına tikilib. Bəyazitova ancaq torpaq sahəsi məxsusdur.
O zaman "İnam" ictimai təşkilatı yaradılıb və məscidin "İnam" adlandırılması barədə qərar qəbul edilib. Lakin dindarlar məscidin torpağını "İnam" təşkilatının adına rəsmiləşdirməyiblər, onlar bu yeri satması ilə bağlı Bəyazitovun sözlərinə inanıblar.
Məscid iki hissəlidir: sünni və şiələr üçün. Sünni hissəsində əsasən tatarlar ibadət edirlər, şiə hissəsində azərbaycanlılar. Bəyazitov şiə hissəsini bağlayıb və dindarları içəri buraxmır.
Azərbaycan diasporunun nümayəndələrinin sözlərinə görə, Azərbaycanın Moskvadakı səfirliyi də Bakıda hakimiyyət kimi olaylara heç bir reaksiya vermir.-02B-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz