Partiyanın şikayəti təmin olunmadı

Bakı/05.05.17/Turan: Şəki Apellyasiya Məhkəməsi Müsavat Partiyasının Şəki Şəhər İcra Hakimiyyətinə olan şikayətini təmin etməyib. Bunu Turan-a partiyanın Divan üzvü Elman Fəttah bildirib.

E.Fəttah deyir ki, daha öncə partiya icra hakimiyyətinin toplantıya icazə verməməsindən Şəki şəhər İnzibati-İqtisad Məhkəməsinə şikayət edib: “Ancaq həmin məhkəmə icra hakimiyyətinin partiyanın toplantısına icazə verməməsinin qanuni olduğu qənaətinə gəlib və partiyanın iddiasını təmin etməyib. Mayın 5-də isə Şəki Apellyasiya Məhkəməsi həmin qərardan verilən şikayətə baxıb. Apellyasiya instansiyası da məhkəmənin çıxardığı qərarları qanuni hesab edib”.

E.Fəttah Ali Məhkəməyə kassasiya şikayəti hazırlayacaqlarını söyləyib.

Xatırladaq ki, partiyanın Şəki şəhər təşkilatı ötən ilin sonlarında Azərbaycan klassiki Mirzə Fətəli Axundovun xatirəsinə həsr ounmuş tədbir keçirmək istəyib.

Tədbirə yer verilməsi üçün rayon icra hakimiyyətinə müraciət olunsa da, İH müraciəti rədd edib.

Müsavat Partiyası İH-nin bu addımının onların sərbəst toplaşmaq hüququnu pozduğunu iddia edir. -05B-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti