Polis laçınlıları Şəhidlər Xiyabanına buraxmır
Laçının işğalının 23 illiyi ilə əlaqədar bu gün səhər Laçından olan bir qrup məcburi köçkün Şəhidlər Xiyabanının yaxınlığında toplaşıb. Lakin polis xiyabana mütəşəkkil qaydada gələnlərə maneçilik törədib və bunun Avropa Oyunları ilə əlaqədar kütləvi aksiyaların qadağan olunmasıyla əsaslandırıb. Bu barədə Turan-a aksiya iştirakçıları bildiriblər.
Laçın rayonu 1992-ci il mayın 18-də Şuşa şəhərinin işğalından sonra ələ keçirilib. Nəticədə ermənilər Ermənistanla Dağlıq Qarabağ arasında quru dəhlizi aça biliblər və azərbaycanlıların Qarabağdan tamamilə çıxarılmasına nail olublar. 06D-
Cəmiyyət
-
Ötən gün leysan yağışları nəticəsində müqəddəs Məkkə və Mədinə şəhərlərinin küçələrini su basıb. Sel yollara və avtomobillərə ziyan vurub. Səudiyyə Ərəbistanının digər yaşayış məntəqələrini də su basıb.
-
Azərbaycanda uşaq ölümlərinin sayında artım olduğu bildirilir. Ötən il ilə bağlı rəsmi statistika hələ açıqlanmasa da, 2023-cü ildə 1 yaşınadək vəfat edən uşaqların sayı 2 min 39-a çatıb. Bu, 2022-ci illə müqayisədə 2.1 dəfə çoxdur. 1000 diri doğulan körpələrin ümumi sayında 1 yaşınadək vəfat edənlər 18.1 nəfər (1.8 faiz) təşkil edib.
-
Yanvarın 8-də Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq. Günorta yağıntı kəsiləcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 8-11 dərəcə olacaq. Nisbi rütubət 75-85% təşkil edəcək.
-
Könüllülər Yeni il ərəfəsində “Bölüşək, sevindirək!” adlı növbəti xeyriyyə təşəbbüsünü həyata keçiriblər Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Azercell Könüllüləri” ənənəvi xeyriyyə aksiyası keçirib. “Bölüşək, sevindirək!” şüarı ilə təşkil olunan bu kampaniya çərçivəsində Könüllülər İkinci Vətən müharibəsinin şəhid və qazi ailələrinin, eləcə də aztəminatlı ailələrin uşaqlarını ziyarət edib və onlara bayram hədiyyələri təqdim ediblər. Ümumilikdə 200-dən çox uşağa bayram hədiyyələri çatdırılıb.
Rəy yaz