Prokurorluq мətbuatın yazdığını təsdiq etdi: MTN-də MCQ fəliyyət göstərib
MTN-nin 21 sabiq zabiti və generalı reketcilik, qanunsuz həbslər, hədə-qorxu ilə tələb etmə və sair ağır cinayətlərdə ittiham olunurlar. Bu baradə Baş prokurorluğun rəsmi məlumatında bildirilir.
Cinayətlər idarə rəisi olan generalların başcılıq etdiyi bir necə zabit qrupu tərəfindən həyata kecirilib.
57 nəfər sahibkar və ayrı-ayrı vətəndaşlar bu günədək zərərcəkmiş şəxs kimi tanınıb.
Onlara dəymiş zərər on milyonlarla ölcülür.
Söhbət iş adamlarından pul, biznes, müəssisələrin, torpaq sahələrinin və sair daşınan və daşınmaz əmlakın tələb olunmasından gedir.
Bu qanunsuz hərəkətlər MTN binasında baş verirdi və zabitlər burada qanunsuz əməliyyatlar kecirirdi, vətəndaşları qanunsuz həbs və şantaj edirdi. Və bu da faktiki MTN daxilində mütəşəkkil cinayətkar qrupun fəaliyyət göstərməsi demək idi.
İstintaq davam edir.-02В-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz