Açiq mənbələrdən foto.
Qaradağda su kəmərində baş vermiş qəza nəticəsində Lökbatanda yolu su basıb
Bakı/15.10.22/Turan: Paytaxtın Qaradağ rayonunda Kür-Bakı magistral su kəmərində baş vermiş qəza Bakı-Qazax avtomobil yolunun bir hissəsini su basmasına səbəb olub.
Fövqəladə Hallar Nazirliyi bildirir ki, qəzanın aradan qaldırılması və suyun çəkilməsi üçün əraziyə 12 ədəd su nasosu və avadanlıq göndərilib.
Qeyd edək ki, bu ərazidə Lökbatan gölü yerləşir və oraya əlavə həcmdə suyun daxil olması avtomobil yolunu su basmasına səbəb olub.
Hazırda yolun bu hissəsində nəqliyyatın hərəkəti çətinləşib. 02B
-
- Siyasət
- 15 Oktyabr 2022 12:34
Cəmiyyət
-
Dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə vəzifəli şəxslər (həkimlər) cərimələnəcək. Bunu edən həkimlərə 100-dən 150 manatadək, hüquqi şəxslərə isə 300-dən 400 manatadək cərimə nəzərdə tutulub. Bu, İnzibati Xətalar Məcəlləsinə əlavə kimi təklif edilən yeni -221.12-ci maddədə əksini tapıb.
-
Ölkənin lider mobil operatoru ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartları üzrə sertifikatını uğurla yeniləyib Azercell-in daxili siyasət və prosedurlarının ISO 37001:2016 standartına uyğunluğu, şirkətin fəaliyyətinin şəffaflıq prinsiplərinə əsaslandığı beynəlxalq ekspertlər tərəfindən bir daha təsdiqlənib. Sertifikatlaşma auditini 16 oktyabr 2024-cü il tarixində ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB-ın (ANSI National Accreditation Board) akkreditə etdiyi Türkiyənin Denetik Belgelendirme şirkəti həyata keçirib. Auditin nəticələri Azercell-in antikorrupsiya proqramının bütün tələblərinə cavab verdiyini bir daha sübut edib.
-
Dekabrın 12-də Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, əsasən yağıntısız keçəcək, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi səhər arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə müsbət 6+9, gündüz müsbət 9+3 dərəcə olacaq, Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Azərbaycan Nazirlər Kabineti 2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları münasibətilə istirahət günlərini müəyyən edib. Müvafiq qərarı baş nazir Əli Əsədov imzalayıb.
Сирия близка как распаду, а карта Ближнего Востока пишется заново - беседа со Станиславом Тарасовым
Audio xəbər
Xəbər lenti
-
- Siyasət,
- 18:04
- 263
-
- Foto sessiyalar,
- 17:28
- 221
-
- Cəmiyyət,
- 14:32
- 285
Rəy yaz