Qobustan həbsxanasında aclıq davam edir
Bakı/26.04.13/Tura: Qobustan həbsxanasında ömürlük həbs cəzası çəkən məhbusların aprelin 18-də başladığı kütləvi aclıq aksiyası davam edir. məhbuslar işlərinə yenidən baxılmasını və ömürlük həbs cəzasının ləğvini tələb edirlər. Onlar vaxtilə ölüm cəzasına məhkum ediliblər. Lakin 1998-ci ilin fevralında bu cəzanın ləğvi ilə əlaqədar parlament onlar barəsində bu qətimkan tədbirini ömürlük həbslə əvəz etdi. Aksiya iştirakçıları hesab edirlər ki, parlament onlara yeni cəza müəyyən etməklə məhkəmə hakimiyətinin səlahiyyətlərini mənimsəyib.
Onların fikrincə, ölüm cəzası məhkəmələr tərəfindən maksimum altrnativ cəza – 15 il azadlıqdan məhrumetmə ilə əvəz edilməlidir.
Ömrülük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Müslümat Rzaxanovanın Turan-a verdiyi məlumata görə, aclıq aksiyasında 16 məhbus iştirak edir.
Onun sözlərinə görə, aclıq edən məhkum Bəxtiyar Cəfərov ağzını tikib. Digər məhbusların da səhhətlərində ciddi problem var.
Hələlik dövlət qurumları aclıq aksiyası ilə bağlı heç bir reaksiya verməyiblər.
Ombudsman aparatının nümayəndələri aksiya iştirakçılarına baş çəkib. Lakin heç bir nəticə yoxdur, deyə Rzaxanova bildirib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov aclıq aksiyası faktını təsdiq edib. Lakin aclıq edənlərin sayı cəmi 9 nəfərdir və heç kim ağzını tikməyib, deyə o bildirib. Onun sözlərinə görə, aksiya iştirakçıları həkimlərin müşahidəsi altındadır.
10 fevral 1998-ci ildə ölüm cəzası ləğv edilərkən Azərbaycanda bu cəzaya məhkum edilmiş 128 məhbus var idi. Hazırda onlarda 77 nəfər sağdır. -16B06-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz