Ramiz Mehdiyev ganunsuz evlərə rəy verəcək
İlham Əliyevin sərəncami ilə magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə aşağıdakı tərkibdə komissiya yaradılır.
Komissiyanın sədri prezidentinin administrasiyasının rəhbəri. Ramiz Mehdiyev təyin edilib.
Komissiyanın üzvləri:
Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin
müavini
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər
naziri
Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat
naziri
Fikrət Məmmədov - Azərbaycan Respublikasının ədliyyə naziri
Əli Əsədov - Azərbaycan Respublikası Prezidentinin
İqtisadi məsələlər üzrə köməkçisi
Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Əli Həsənov - Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri
Şahin Əliyev - Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri
Kərəm Həsənov - Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsinin sədri
Qərib Məmmədov - Azərbaycan Respublikasının Dövlət Torpaq
və Xəritəçəkmə Komitəsinin sədri
Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Rövnəq Abdullayev - Azərbaycan Respublikasının Dövlət Neft
Şirkətinin prezidenti
Etibar Pirverdiyev - “Azərenerji” Açıq Səhmdar
Cəmiyyətinin prezidenti
Qorxmaz Hüseynov - “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin
prezidenti.
ı Ali Məhkəməsinin sədrinə və Azərbaycan Respublikasının Baş Prokuroruna tövsiyə olunsun ki, komissiyanın fəaliyyətində iştirak etsinlər.
Komissiya bu Sərəncamın 1-ci hissəsində göstərilən torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələləri araşdırsın və iqtisadi, sosial və hüquqi aspektlərin qiymətləndirilməsinin nəticələrinə əsaslanan təkliflərini üç ay müddətində prezidentə təqdim etsin. -0-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz