Sabirabadlılar İlham Əmiraslanovun azadlığa buraxılmasını tələb edirlər
Sabirabadın Əsgərbəyli, Qasımbəyli, Yuxarı Axtaçı, Muradbəyli kənd sakinləri həbsdə olan hüquq müdafiəçisi İlham Əmiraslanovun azad edilməsilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət ünvanlayıblar.
Sakinlər dövlət başçısına 2010-cu ilin mayında sel daşqınlarına məruz qaldıqlarını, bununla bağlı dövlətin külli miqdarda vəsait ayırdığını, 2011-ci ildə Sabirabada səfəri zamanı insanlarla görüşünü xatırladırlar. Həmin görüşdə işritirak edənlərdən birinin indi həbsdə olan ictimai fəal və hüquq müdafiəçisi İlham Əmiraslanov olduğu yada salınır.
Daha sonra müraciətdə 2012-ci il iynun 4-də nazir Kəmaləddin Heydərovun iştirakı ilə Sabirabdda keçirilən görüş, bu görüşdə İlham Əmiraslanovun iştirakı, çıxışı qeyd edilir. Bu görüşdən cəmi 4 gün sonra İ.Əmiraslanovun həbsinin baş verdiyi vurğulanır.
Bu görüşdən sonra İ.Əmiraslanovun yaşadığı küçədə naməlum maşınların dolaşdığını, polislərin evinə gələrək evdə olub-olmaması, qapıda it saxlayıb-saxlamaması ilə maraqlanıblar. Nəhayət, iyunun 8-də səhər saat 10 radələrində İ.Əmiraslanov həbs edilib. Polislər İ.Əmiraslanovun həyətində özlərini kobud aparıblar, qab-qacağı, stol-stulları sındırıb təpikləyiblər. “Ilhamı qolubağlı həyətə gətridilər, vəziyyəti yaxşı görünmürdü, möhkəm döyülənə oxşayırdı”, - sakinlər müraciətlərində qeyd edirlər.
Sakinlər İ.Əmiraslanovun həbsinin səbəblərini öyrənmək üçün rayon İcra Hakimiyyətinə getsələr də onları qəbul etməyiblər, yalnız mətbuatdan hüquq müdafiəçisinin üzərindən tapança tapılması haqda məlumatlar öyrəniblər. Müəlliflər bu ittihamı yalan sayır, İ.Əmiraslanovun məhz ictimai fəallığına, sel daşqınlarından əziyyət çəkənlərin hüquqlarını müdafiə etdiyinə görə həbs olduğunu bildirirlər. Bu həbsi siyasi sifariş, məmur özbaşınalığı sayırlar.
Son olaraq müraciət müəllifləri dövlət başçısından İ.Əmiraslanovun azadlığa buraxılmasını xahiş edirlər. Müraciəti adları çəkilən kəndlərin 300-dən çox sakini imzalayıb.-05D-
-
- Cəmiyyət
- 27 İyun 2012 20:29
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz