Şənbə günü yağış yağa bilər

Bakı/21.06.19/Turan: İyunun 22-də Bakıda və Abşeronda səhər saatlarında qısamüddətli yağış yağacağı gözlənilir, güclü şimal küləyi əsəcək. Havanın temperaturu gündüz +28 +32 dərəcə təşkil edəcək.

Abşeron çimərliklərində su +22 +25 dərəcəyə qədər isinəcək.

Ölkənin şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan yağacağı, tufan olacağı gözlənilir.

Mərkəzi aran rayonlarında hava +38 dərəcəyə qədər isinəcək, dağlarda +25 dərəcəyə qədər isti olacaq. -02D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti