Azərbaycan traffikinqə qarşı mübarizəni zəiflədib - ABŞ Dövlət Departamenti
Bakı/21.06.19/Turan: İyunun 20-də ABŞ Dövlət Departamenti 2019-cu ildə dünyada insan alveri haqqında Hesabat dərc edib (2019 Trafficking in Persons (TIP) Report) .
Hesabatda deyilir ki, Azərbaycan hökumətinin traffikinqə qarşı mübarizə üzrə fəaliyyəti minimum standartlara uyğun deyil, amma bu istiqamətdə səy göstərilir.
Azərbaycan hökumətinin addımlarının əvvəlki dövrlə müqayisədə zəiflədiyi, məhkəmələrin isə traffikinqdə təqsirli bilinənlərə şərt cəza çıxardığı qeyd edilir.
Hakimiyyət həmçinin traffikinq qurbanları üçün sığınacaqların saxlanmasına maliyyə ayırmayıb.
Eyni zamanda, büdcə müəssisələrinin işçilərinin məcburi şəkildə pambıq yığımına cəlb edildiyi haqqında məlumatlar yada salınır. Məhz bununla əlaqədar Azərbaycanın reytinqi düşüb və o, ikinci ölkələr qrupunda xüsusi nəzarət siyahısına daxil edilib.
Nəzarət siyahısında Azərbaycanla yanaşı, Əfqanıstan, Konqo, İraq, Qazaxıstan, Qırğızıstan, Özbəkistan da var. Avropa ölkələrindən bu siyahıda yalnız Macarıstan var.
Hesabatda Azərbaycan hökumətinə tövsiyələr irəli sürülüb. İnsan alverinə, uşaq traffikinqinə, məcburi işlərə və xüsusən pambıq yığımına qarşı mübarizəyə diqqəti artırmaq təklif olunur.
Həmçinin bu istiqamətdə hüquq-mühafizə orqanlarına, o cümlədən prokurorluğa təlimat vermək tövsiyə olunur. -16D-
-
- Cəmiyyət
- 21 İyun 2019 14:17
Siyasət
-
Yanvarın 16-da Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistanı ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 11-ci görüşündə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası istiqamətləri müəyyən edilib. Bu barədə Azərbaycanın Ermənistanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının məlumatında deyilir.
-
“USAİD-in 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil”, - Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bugünkü mətbuat konfransında bildirib.
-
Azərbaycan və Gürcüstan hər zaman regionda sülhün və sabitliyin tərəfdarı olublar,- cümə axşamı Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyası Lənkəran şöbəsinin fəalı Ramil Eynəliyev "polisə tabe olmamaq" ittihamı ilə inzibati qaydada 30 sutka həbs edilib.
Rəy yaz