Şeremetyevo aeroportunda Azərbaycan vətəndaşından 2,7 milyon dollar oğurlanıb
Ötən gün səhər Moskvanın Şeremetyevo aeroportunda silahlı qarət baş verib.
Life News bildirir ki, qarətçilərin qurbanı 31 yaşı azərbaycanlı Zaur Qədimov olub. O, səhər saat altıda böyük məbləğdə pul ilə İstanbuldan gəlib.
D terminalının dayanacağında onu özəl mühafizə agentliyinin əməkdaşları gözləyiblər.
Lakin saat 7:00-da qara geyimli, maskalı, avtomatla silahlanmış bir neçə adam mühafizəçilərin əllərini qandallayıblar və aerovağzalın binasından çıxan Z.Qədimovun əlindən çantasını alıblar. Bu barədə DİN Nəqliyyatda Polis İdarəsinin mətbuat xidməti bildirib.
Mənbə Life News-a bildirib ki, hücum edənlər on nəfər olub. Onlar sərnişini gözləyən mühafizəçilərə polis əməkdaşlarının vəsiqələrini göstərərək onların ardınca gəlmələrini tələb ediblər və mikroavtobusa əyləşdirərək uzaqlaşdırıblar.
Şahidlərin söylədiklərinə görə, cinayətkarların oturduğu avtomobilin nömrəsi müəyyən edilib.
Z.Qədimov özü bildirib ki, qara geyimdə və maskada olan altı nəfər terminalın çıxışında ona hücum ediblər. Avtomatla qorxudaraq onu tünd göy rəngli “Sobol” avtomobilinə oturdaraq aeroport ərazisindən çıxarıblar və içində 2,7 milyon dollar pul olan çantanı götürüblər.
Pulların hansı məqsədlə və nədən nağd şəkildə gətirilməsinin səbəbləri açıqlanmır.
Təsvir edilən əlamətlərə görə, soyğunçuların xüsusi xidmətin əməkdaşları olduqları ehtimal olunur. Bundan əlavə, adi qarətçilər avtomatla aeroportun ərazisində gəzə bilməzdilər.
Z.Qədimovun şəxsiyyəti, nə ilə məşğul olduğu açıqlanmır. Pulların kriminal mənşəli olması istisna edilmir, çünki bu qədər böyük pul adətən banklar vasitəsilə keçirilir.
Bu yaxınlarda Şeremetyevo aeroportunda Bişkekdən gələn başqa bir sərnişin qarət edilib. Onun üzərində 1,6 mln. dollar ilə pul olub. -02D-
-
- İqtisadiyyat
- 28 Noyabr 2013 12:08
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz