Şirvan məhkəməsi hüquq müdafiəçisinin apellyasiya şikayətinə baxacaq
Bu gün Şirvan Şəhər Apellyasiya Məhkəməsində “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəalı, hüquq müdafiəçisi İlham Əmiraslanovun apellyasiya şikayətinə baxılacaq.
Bu il sentyabrın 13-də Sabirabad Rayon Məhkəməsi onu qanunsuz silah saxlamaqda ittiham edərək (221.1-ci maddə) 2 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə zamanı müdafiə tərəfin şahidləri dindirilməyib. İ.Əmiraslanovun həbsə alınması şəraiti və bu həbsi əks etdirən videogörüntülər nəzərə alınmayıb.
İ.Əmiraslanov bu il iyunun 8-də saxlanılıb. O və şahidlər məhkəmədə bildiriblər ki, silahı ictimai fəalın evinə silahı polislər özləri qoyublar. Digər tərəfdən, İ.Əmiraslanov saxlanan zaman DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən fiziki zorakılıq və işgəncələrə məruz qalıb. Penitensiar Xidmətin Tibb Baş İdarəsinin verdiyi rəydə zorakılıq nəticəsində İ.Əmiraslanovun sol qulaq pərdəsinin cırıldığı göstərilib.
Beynəlxalq təşkilatlar İ.Əmiraslanovu vicdan məhbusu hesab edirlər.-05D-
-
- Siyasət
- 21 Noyabr 2012 11:27
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz