Siyasi məhbus Asif Yusifli azadlıqda
Bakı/25.11.19/Turan: AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Asif Yusifli həbs cəzası başa çatdıqdan sonra bu gün azadlığa çıxıb.
A.Yusifli Turan agentiyinə bildirib ki, özünü yaxşı hiss edir və əfvlə çıxmadığına görə sevinclidir.
Qarabağ müharibəsi əlili Asif Yusifli 2014-cü il noyabrın 25-də dələduzluq (CM-in 178-ci maddəsi) və sənədlərin saxtalaşdırılması (320-ci maddə) ittihamı ilə saxlanılıb.
2015-ci il iyulun 30-da məhkəmə onu təqsirli bilərək 7,5 il müddətinə azadlıqdan məhrum edib. Sonradan Ali Məhkəmə cəza müddətini 6 ilədək azaldıb.
2019-cu il mayın 29-da Suraxanı Rayon Məhkəməsi A.Yusiflinin cəzasının ¾ hissəsini çəkməsilə bağlı vaxtından əvvəl şərti azadlığa buraxılması barədə müraciətini təmin etməyib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.-06D-
-
- Söz istəyirəm
- 25 Noyabr 2019 12:48
-
- İqtisadiyyat
- 25 Noyabr 2019 13:15
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz