Siyasi məhbusların müdafiəsinə həsr olunmuş vətəndaş forumu
Bakı/30.08.17/Turan: Bu gün sosial şəbəkələrdə siyasi məhbusların müdafiəsi üzrə "Azad et" şüarı altında üç gün davam edən kampaniyanın yekunlarına həsr olunmuş vətəndaş forumu keçirilib.
Kampaniyanın təşəbbüskarları bir sıra gənclər təşkilatları, o cümlədən NİDA idi.
Üç gün ərzində Facebook və Twitter-də siyasi məhbusların fotoşəkilləri və onlar haqqında qısa məlumat yer alan yüzlərlə yazı dərc olunub.
Bu gün siyasi liderlərin, vətəndaş cəmiyyəti fəallarının və gənclər təşkilatlarının, habelə siyasi məhbusların ailələrinin iştirakı ilə keçirilən forumda kampaniyanın yekunları müzakirə olunub.
Kampaniyanı davam etdirmək ideyası dəstəklənib. -06D-
Cəmiyyət
-
Yanvarın 15-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ordubad rayon və Lənkərna rayon şöbələrinin iki fəalı polis tərəfindən saxlanılıb.
-
Lider mobil operatorun elan etdiyi sosial layihə müsabiqəsində qalib gələn "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi “FarmHer” proqramını həyata keçirir
-
AZAL təyyarəsinin qara qutuları Braziliyadan Qazaxıstana qaytarılıb və 25 dekabrda Aktau Hava Limanı yaxınlığında baş verən aviasiya qəzasının təhlili üçün araşdırma komissiyasına təqdim edilib. Bu barədə Qazaxıstanın Baş Prokurorluğu məlumat yayıb.
-
Yanvarın 15-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bildirib ki, təhsilalanların tədris proosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub.
Rəy yaz