Açiq mənbələrdən foto.
Soyuq hava şəraiti davam edəcək
Bakı/18.11.20/Turan: Noyabrın 19-da Bakıda və Abşeronda hava tutqun, əsasən yağıntısız olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə + 4 + 6, gündüz + 6+8 dərəcə olacaq.
Cümə axşamı ölkə rayonlarında bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Aran rayonlarında havanın temperaturu gecə + 3 + 6, gündüz + 6 + 9, dağlarda gecə -3 + 2, gündüz + 3+6 dərəcə olacaq. -02D-
-
- Qafqaz
- 18 Noyabr 2020 13:35
-
- İqtisadiyyat
- 18 Noyabr 2020 13:56
Cəmiyyət
-
Mobil operator “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” proqramı çərçivəsində fiziki məhdudiyyətli şəxslər üçün xüsusi təlimlər təşkil edib Azercell DOST Agentliyi, UNICEF Azərbaycan və Dövlət Məşğulluq Agentliyinin birgə icra etdiyi “Əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığına dəstək” layihəsində iştirak edib. “Tələbələrin Akselerasiya Proqramı” (TAP) üzrə tərəfdaş qismində çıxış edən lider mobil operator məhdud fiziki imkanlara malik insanların əmək bazarına çıxışının asanlaşdırılmasına yönəlik xüsusi təlimlər təşkil edib. Şirkət proqram iştirakçılarına potensiallarını inkişaf etdirməyə dəstək olmaq, müasir əmək bazarına uğurlu inteqrasiya üçün təbəb olunan bacarıq və biliklərin aşılanmasını hədəfləyir.
-
Azercell-in korporativ müştəriləri üçün sənəd dövriyyəsi daha rahat, təhlükəsiz və sürətli oldu “Azercell Biznes” korporativ müştərilərinə göstərdiyi xidmətləri rəqəmsallaşdırmağa davam edir. Şirkət eyniadlı tətbiqinin imkanlarını genişləndirərək elektron sənəd dövriyyəsi üçün nəzərdə tutulan yeni həlli təqdim edir. Bu funksiya korporativ müştərilərə sənədləşmə prosesini daha çevik və rahat - rəqəmsal şəkildə həyata keçirmək imkanı verir. Belə ki, “Azercell Biznes” tətbiqi vasitəsilə sənədləri artıq kağız əsasında deyil, elektron şəkildə yaratmaq və imzalamaq mümkündür.
-
Çərşənbə günü Bakıda və Abşeronda gecə yağıntı gözlənilir, mülayim şimal-qərb küləyi əsəcək.
-
İnnovasiya və sürət lideri “Bakcell” ölkənin ilk rəqəmsal bankı “Birbank” ilə əməkdaşlıq çərçivəsində yeni “Birinci” tarif paketini təqdim edir.
Rəy yaz