koronavirusinfo.az
Sutka ərzində koronavirusa yoluxma ilə bağlı 15 yeni hal
Bakı/09.06.22/Turan: Son sutka ərzində Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 15 yeni hal qeydə alınıb, 7 nəfər sağalıb, ölən yoxdur. Bu barədə iyunun 9-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat verib.
Ümumilikdə Azərbaycanda pandemiya başlayandan koronavirusa yoluxma ilə bağlı 792 847 hal aşkar edilib, o cümlədən 783 070 nəfər sağalıb, 9 714 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 63 nəfərdir.
Son sutka ərzində 1 988 test keçirilib.—06B-
Cəmiyyət
-
Bazar günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağıntısı keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
-
Şənbə günü Abşeron yarımadasında intensiv yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
-
Oktyabrın 12-də paytaxtın bəzi yerlərində yağış yağacaq, Abşeron yarımadasında intensiv olacaq, xəbəri Milli Hidrometeorologiya Xidmətinin sinoptikləri yayıb.
-
TƏBİB-dən Turana bildirilib ki, oktyabrın 10-u saat 19:00-dan başlayaraq Qazax Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 18 nəfər zəhərlənmə şübhəsilə müraciət edib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 16 nəfər ambulator müalicə üçün evə buraxılıb, hazırda 2 nəfərin müalicəsi Təcili tibbi yardım bölməsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
Rəy yaz