"Tərtər işi"nin fiqurantlarının ailə üzvlərinin aksiyası (VIDEO)
Bakı/27.02.20/Turan: "Tərtər işi" üzrə həbs edilmiş və istintaq zamanı dünyasını dəyişmiş şəxslərin ailə üzvləri cümə axşamı Prezident Administrasiyası qarşısında aksiya keçirməyə cəhd ediblər.
Onlar dəfələrlə qeyri-obyektiv istintaq və məhkəmələr, ailə üzvlərinin əsassız təqibi ilə bağlı şikayətlə müraciət ediblər. Amma hələ də öz müraciətlərinə cavab almayıblar.
Polis aksiya iştirakçılarını Prezident Administrasiyasının binasından uzaqlaşdırıb, bundan sonra etirazçılar M.F.Axundov bağında aksiya keçiriblər. Onlar məhkumların bəraət verilərək azad edilməsini, istintaqda həlak olanlara ölümdən sonra bəraət verilməsini və onlara şəhid statusu verilməsini tələb ediblər.
* 2017-ci il mayın 7-də Azərbaycan Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi və DİN bəyanat yayaraq, Ermənistan xüsusi xidmətlərinin xeyrinə casusluğa görə hərbiçilərdən və mülki şəxslərdən ibarət qrupun saxlanıldığını bildiriblər.
Prokurorluq CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb. Saxlanılanlar müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər. Amma tezliklə məlum olub ki, araşdırma zamanı ən az 8 şübhəli şəxs işgəncə nəticəsində öldürülüb. Sonradan öldürülənlərin dördünə bəraət verilib, onlara qarşı ittihamı saxtalaşdıran müstəntiqlər isə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. -06D-
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz