Tikiş sexində baş vermiş partlayış nəticəsində iki nəfər xəsarət alıb

Bakı/13.12.18/Turan: Ötən gün Bakının Lökbatan qəsəbəsindəki tikiş sexində baş vermiş partlayış nəticəsində iki nəfər xəsarət alıb. Partlayış birmərtəbəli üçotaqlı tikilini bürüyən yanğınla nəticələnib. FHN-in məlumatna görə, iki otaq yanıb. Zərərçəkənlər 5saylı xəstəxananın Yanıq Mərkəzinə yerləşdiriliblər.

Səhiyyə Nazirliyinin məlumatına görə, onlardan biri 2-ci və 3-cü dərəcəli yanıq xəsarəti alıb və reanimasiyaya yerləşdirilib. Digərinin yarası yüngül olduğu üçün ambulator müalicəyə buraxılıb.-06D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti