Uşaq Paralimpiya Komitəsi işini onlayn davam etdirir
Azercell-in dəstəyilə fəaliyyət göstərən komitə virtual məşqlər keçir
Azercell-in dəstəyilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsi sağlamlıq imkanları məhdud uşaqları dəstəkləməkdə davam edir. Belə ki, COVİD-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tətbiq olunduğu dövrdə evdən çalışan Uşaq Paralimpiya Komitəsinin məşqçiləri virtual təlimlər təşkil edir, uşaqlarla onlayn qaydada məşğul olurlar. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da bütün kütləvi tədbirlərin təxirə salındığı, idman müəssisələrinin fəaliyyətini dayandırdığı bir zamanda bu məşqlər uşaqların aktivliyinin qorunub saxlanmasına, indiki çətin dövrdə onlarda psixoloji problemlərin, ruh düşkünlüyünün yaranmasının qarşısının alınmasına xidmət edir.
Uşaqlar üçün cüdo, üzgüçülük, para-taekvando, pauerliftinq, boccia, qolbol, stolüstü tennis, əlil arabasında idman rəqsi daxil olmaqla 9 idman növü üzrə məşqlər keçirilir. Komitənin səyi ilə 7 il ərzində sağlamlıq imkanları məhdud 200-dən artıq uşağın kütləvi idman tədbirlərində fəal iştirakına nail olunub. Peşəkar məqçilərin dəstəyilə uşaqlar yerli və beynəlxalq səviyyəli yarışlarda iştirak edib, yüksək nəticələr qazanıblar. Son 6 ay ərzində daha 40-a yaxın sağlamlıq imkanları məhdud uşaq Komitənin sıralarına qatılıb.
Qeyd edək ki, Uşaq Paralimpiya Komitəsi 2013-cü ildə beynəlxalq təcrübədə ilk dəfə olaraq Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində yaradılıb. Komitənin fəaliyyətinin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması, onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasının təmin edilməsidir. Sosial layihələrə xüsusi diqqət ayıran “Azercell Telekom” MMC-nin 2014-cü ildən etibarən bu önəmli təşəbbüsə öz töhfəsini vermək üçün komitənin fəaliyyətini dəstəkləyir.®
Cəmiyyət
-
"Təhsil sahəsinin ən böyük problemi komplektləşdirilmiş məktəblərin sayının az olmasıdır". Yerli saytların məlumatına görə, bunu noyabrın 20-də Milli Məclisin Aqrar siyasəti, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "...2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində elm və təhsil naziri Emin Əmrullayev deyib.
-
İnnovasiya və sürət lideri “Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib. Tədbirə spiker qismində “Bakcell”in Marketinq direktoru Elxan Sadıqzadə, “PwC Azərbaycan”ın Məsləhət xidmətləri departamentinin rəhbəri Fərid Qattal və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiyalar üzrə rəhbəri Evgeniya Bikmurzina qatılıblar. Müzakirələr “Bakcell”in Korporativ kommunikasiyalar və ictimaiyyətlə əlaqələr üzrə direktoru Aysel Süleymanovanın moderatorluğu ilə baş tutub.
-
Şənbə günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
-
Mumbai-Münhen reysi üzrə uçuş həyata keçirən Lufthansa hava yolu şirkətinə məxsus təyyarə çərşənbə günü səhər saatlarında sərnişinlərdən birinin sağlamlıq vəziyyətinin qəfil pisləşməsi səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanında təcili eniş edib.
Rəy yaz