Açiq məmbələrdən
AİHM Xədicə İsmayılovanın işi üzrə üçüncü qərarını açıqlayacaq
Bakı/02.05.20/Turan: Mayın 7-də Avropa İnsan Hüquqları Məhkəməsi araşdırmaçı jurnalist Xədicə İsmayılovanın işi ilə bağlı qərarını elan edəcək.
Söhbət 2012-ci ildə hökumətyönlü KİV-də X.İsmayılovaya qarşı aparılmış qorxutmaq, qarayaxma və təqib kampaniyasından gedir.
Yerli məhkəmələr jurnalistin şikayətləri ilə bağlı obyektiv araşdırma aparmayıblar.
X.İsmayılova AİHM-dən şəxsi həyata hörmət, ədalətli məhkəmə çəkişməsi və ifadə azadlığı hüququnun pozulduğunun tanınmasını xagiş edib. Bu, AİHM-in X.İsmayılovanın şikayəti üzrə üçüncü qərarı olacaq.
2019-cu ilin yanvarında AİHM X.İsmayılovanın şəxsi həyatına müdaxilə ilə bağlı Azərbaycan hökumətinə qarşı şikayətini təmin edib.
Bu ilin fevralında Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hakimiyyətinin Xədicə İsmayılovaya mənəvi ziyana və cinayət işi üzrə həbsdə saxlanmasına görə kompensasiya ödəməsi barədə qərar qəbul edib. AİHM X.İsmayılovanın jurnalist araşdırmalarına görə mühakimə olunduğunu tanıyıb.
X.İsmayılova 2014-cü il dekabrın 5-də həbs edilib və sonradan iqtisadi cinayətlərdə ittiham olunaraq 7,5 il azadlıqdan məhrum edilmişdi.
2016-cı ilin mayında Azərbaycan Ali Məhkəməsi real həbs müddətini 5 il sınaq müddəti olmaqla 3,5 il şərti cəza ilə əvəzləyib.
Sonradan şərti cəza 2 il 3 aya endirilib.
Sınaq müddətinin bitməsinə 9 ay qalır. Hakimiyyət onun xaricə səfərini məhdudlaşdırmaq sınaq müddətindən istifadə edir.-16D06-
-
- Cəmiyyət
- 2 May 2020 11:03
-
- Bazarların icmalı
- 2 May 2020 11:27
Siyasət
-
Dekabrın 23-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik göndərib. Məktubda deyilir:
-
ABŞ səfirliyi bu ölkəni yenidən qeyri-diplomatik ifadələrdən istifadə edərək antiazərbaycan siyasətində ittiham edən "Həftə" proqramının müəllifinə cavab verib.
-
23 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin prezidenti Aleksandar Vuçiç ilə görüşüb.
-
Dekabrın 23-də Belqradda Azərbaycan və Serbiya Xarici İşlər Nazirlikləri rəhbərlərinin görüşü olub. Yekun mətbuat konfransında Serbiyanın xarici işlər naziri Marko Curiç bildirib ki, tərəflər turizmin inkişafını müzakirə ediblər. "Biz birbaşa aviareyslərin açılması, iqtisadi inkişaf və energetika üzrə işi gücləndiririk", - Curiç deyib.
Rəy yaz