Yalçın İmanov
Vəkillər Kollegiyasına qarşı şikayətə Ali Məhkəmədə baxılacaq
Bakı/28.06.18/Turan: Hüquqşünas Yalçın İmanovun Vəkillər Kollegiyasına qarşı şikayətinə Ali Məhkəmədə baxılacaq.
Bu haqda vəkillik fəaliyyəti dayandırılmış Yalçın İmanovun özü məlumat verib.
O, şikayəti üzrə Gəncə Apellyasiya Məhkəməsinin qərardadından Ali Məhkəməyə kassasiya şikayəti verib.
Yalçın İmanovun bildirməsinə görə, kassasiya şikayətində vəkillik fəaliyyətinə xitam verilməsi barədə işə Sumqayıtda baxılması və Vəkillər Kollegiyasının Rəyasət Heyətinə qarşı qarşılıqlı iddiasının icraata götürülməsini tələb edib.
Şikayət artıq icraata götürülüb. Şikayətə hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə avqustun 29-da baxılacaq.
Vəkillər Kollegiyası Rəyasət Heyəti ötən il noyabrın 20-də Y.İmanovun bu qurumdan xaric olunmasından ötrü məhkəməyə müraciət etmək haqda qərar qəbul edib. Məhkəmə qərar verənə qədər İmanovun vəkillik fəaliyyəti dayandırılıb.
Həmin qərar Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında qəbul edilib. Penitensiar Xidmətin şikayətində bildirilib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi Abbas Hüseynova Qobustan həbsxanasında işgəncə verilməsi haqda yalan məlumat yayıb.
Kollegiyanın qərarına Gəncə İnzibati-İqtisadi Məhkəməsində baxılıb. Həmin məhkəmədə baxış zamanı Y.İmanovun işin yaşadığı və işlədiyi Sumqayıt şəhərinə göndərilməsibarədə vəsatəti və Rəyasət Heyətinin 20 noyabr 2017-ci il tarixli qərarının ləğvi barədə qarşılıqlı iddiası icraata götürülməyib.
Yalçın İmanovun həmin qərardan şikayətini Gəncə Apellyasiya Məhkəməsi də rədd edib.
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz