Xəzərdə zəlzələ

Bu gün saat 11:05:28-də Xəzər dənizində zəlzələ baş verib. Bakıda yeraltı təkanların gücü 3 bal təşkil edib. Bu barədə Azərbaycan Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında bildirilir.

Xəritədəki təsvirə əsasən, təkanların episentri dənizin mərkəzində - Bakı və Türkmənbaşı arasında olub.

Mənbənin məlumatına görə, Xəzərdə səhər saatlarında daha bir zəlzələ baş verib, episentrdə onun gücü 5,6 bal təşkil edib. -06D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti