Açiq mənbələrdən foto.

Açiq mənbələrdən foto.

Bakı/20.07.20/Turan:  İyulun 20-də səhər saat 8:00-da “Xudat” sərhəd dəstəsinin UAZ avtomobili Quba rayonunun Xınalıq kəndi (2300 m.) yaxınlığında dərəyə düşüb.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, nəticədə hərbi hissənin qərargah rəisi polkovnik Şahin Mirzəyev həlak olub, daha bir neçə hərbçi yaralanıb.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır. -02D-

 

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti