Yağıntı gözlənilir

Bakı/14.08.17/Turan: Sinoptiklər bildirirlər ki, avqustun 14-18-də şimal və qərb bölgələrindən başlayaraq ölkə ərazisində yağış gözlənilir, bəzi yerlərdə leysan yağacaq, şimşək çaxacaq.

Avqustun 15-də Bakıda və Abşeronda hava tutqun olacaq, səhər qısamüddətli yağış gözlənilir. Havanın temperaturu gündüz +36 dərəcə olacaq.

Ölkənin şimal rayonlarında şimşək çaxacaq, yağış yağacaq. Havanın temperaturu aran rayonlarında +37, dağlarda +30 dərəcə olacaq. -05D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti