Yeni doğulanlar arasında qızların sayı kəskin azalır
Bakı/17.04.17/Turan: 2017-сi ildə ölkə əhalisinin sayı 13 min 686 nəfər artıb. Hazırda Azərbaycan əhalisinin sayı 9 milyon 823 min 667 nəfərdir. Bu haqda Dövlət Statistika Komitəsinin Аzərbаycаndа dеmоqrаfik durumla bağlı açıqladığı məlumatlarda bildirilir.
Rəsmi məlumata görə, əhalinin ümumi sayının 53,0 faizi şəhərdə, 47,0 faizi isə kəndlərdə yaşayır.
Əhalinin 49,9 faizi kişilərdən, 50,1 faizi isə qadınların ibarətdir. DSK deyir ki, “hazırda hər 1000 kişiyə orta hesabla 1006 qadın düşür”.
Yeni doğulan körpələrin statistikası ilə bağlı məlumatlarda isə bu göstəricinin xeyli dəyişdiyi görünür.
Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,3 faiz təşkil edir. Yəni, hər yeni doğulan 100 qıza 112 oğlan düşür. DSK bioloji normanın 105-107 olduğunu da qeyd edir.
-
- Aktual Reportaj
- 17 Aprel 2017 17:31
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz