Yeni təhsil ilinə yeni nömrə ilə!
Azercell yeni tədris ili münasibətilə 010 prefiksli nömrələrə endirimli kampaniya elan edir
“Azercell Telekom” yeni təhsil ilinin başlanması münasibəti ilə “Yeni Dərs ili 2023” kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində 7 sentyabr tarixindən etibarən lider mobil operator 010 prefiksli seçilmiş seriyalardan nömrələrə ilk dəfə olaraq endirim tətbiq edəcək. Müştərilər www.azercellim.com saytına keçid edib 010 380 seriyalı fakturasiz xətt (SimSim) və ya 010 223 seriyalı fakturalı xətt nömrələri arasından seçdikləri istənilən nömrəni 30% endirimlə əldə edə biləcəklər. Kampaniya 31 Oktyabr 2023 tarixinədək davam edəcək.
Qeyd edək ki, lider mobil operatorun təqdim etdiyi texnoloji yeniliklərdən biri olan onlayn platforma vasitəsilə rahatlıqla nömrə əldə etmək mümkündür. İlk dəfə olaraq nömrə sifarişini onlayn rejimdə gerçəkləşdirən www.azercellim.com saytı vasitəsilə müştəri bəyəndiyi “010” prefiksli nömrəni seçib dərhal rəsmiləşdirmək imkanına malikdir. ®
Cəmiyyət
-
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi faktiki olaraq təsdiqləyib ki, Prezident İlham Əliyevin rəsmi təyyarəsi “Bakı-1” 25 dekabr tarixində Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa uçuş zamanı xarici texniki müdaxiləyə məruz qalıb. Bu açıqlama, hadisənin detalları və Rusiya hava məkanında GPS siqnalının itirilməsi ilə bağlı xəbərlər fonunda diqqət mərkəzinə düşüb.
-
Yardımlı rayonunun İranla sərhədində 20 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu bildirib.
-
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında günün birinci yarısında bəzi yerlərdə çiskinli yağış yağacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
-
Azərbaycanda yaxın günlərdə temperaturun kəskin enməsi və ölkə ərazisində fırtınalı, yağıntılı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bazar ertəsi bildirib ki, bəzi ərazilərdə intensiv yağıntılar, dağlıq və dağətəyi rayonlarda qar yağışı, yolların buz bağlaması və güclü külək proqnozlaşdırılır.
Rəy yaz