Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılır

Ziya Bünyadov prospektinin Əbdülvəhab Salamzadə küçəsi ilə kəsişməsində, həmçinin Əli Mustafa küçəsinin Hüseynbala Əliyev küçəsi ilə kəsişməsindəki avtomobil körpüsü 7-9 avqust tarixlərində bağlanacaq.

Təmir işləri ilə əlaqədar Ziya Bünyadov prospektində “20 Yanvar” meydanı və “Qələbə” dairəsi istiqamətində hərəkət məhdudlaşdırılacaq. Bu zaman yalnız mərkəzi magistral bağlanıb, yan zolaqlar isə açıq olacaq, xəbəri “Azəryolservis” ASC-nin mətbuat xidməti yayıb. -16D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti