Ziyalılar Forumu təşkilati strukturlarını möhkəmləndirir və fəaliyyətini genişləndirir
Son aylar ictimaiyyət nümayəndələri tərəfindən Ziyalılar Forumuna qurumun genişləndirilməsinə və onun fəaliyyətinin gücləndirilməsinə yönələn çoxlu təkliflər daxil olur. Forumun Təsisçilər Şurası çoxsaylı təklifləri öyrənərək və müzakirə edərək Ziyalılar Forumunun Məşvərət Məclisinin yaradılması barədə qərar qəbul edib.
Məşvərət Məclisi forumun fəaliyyətini planlaşdıran və onun qərarlarını həyata keçirən işçi orqan olacaq. Bu barədə Forumun Turan-a daxil olan məlumatında deyilir.
Məşvərət Məclisinə Forumun təsisçiləri ilə yanaşı yazıçı Çingiz Hüseynov, bəstəkar Cavanşir Quliyev, şair Musa Yaqub, Ziyalılar Hərəkatının sədri Eldəniz Quliyev, KİV rəhbərləri Elçin Şıxlı, Arif Əliyev, Mehman Əliyev, Qulu Məhərrəmli, ictimai xadimlər Ramiz Abutalıbov, Gültəkin Hacıyeva, Arzu Abdullayeva. Zəfər Quliyev, Erkin Qədirli daxildir.
Məşvərət Məclisinin tərkibinin formalaşması prosesi yaxın vaxtlarda başa çatdırılacaq.
Bu il iyunun 25-də Məsləhət Məclisinin ilk iclası keçirilib. İclasda Ziyalılar Forumunun yaxın aylar üçün tədbirlər planı müzakirə olunub və təsdiqlənib. Korrupsiya və onun ictimai həyatın bütün sahələrinə təsiri problemi ilə bağlı Ziyalılar Forumunun növbəti yığıncağının keçirilməsi qərara alınıb.
Məşvərət Məclisi könüllü ianə hesabına ADR qurucularının panteonunun yaradılması üzrə İctimai Komissiyanın yaradılması haqda qərar qəbul edib. Komissiyaya Rüstəm İbrahimbəyov rəhbərlik edəcək.
Məşvərət Məclisi Azərbaycanda siyasi məhbuslar məsələsini də müzakirə edib.
Bir qrup ictimai fəalın həbsdən azadlığa buraxılması müsbət qiymətləndirilib və qeyd olunub ki, “aprel mitinqi” iştirakçılarından bir neçəsi, bəzi qəzetlərin bir qrup jurnalisti və baş redaktoru, Quba hadisələrinin iştirakçıları, həmçinin hicab taxılmasına məhdudiyyət qoyulmasına etiraz edən şəxslər hələ də həbsdədir.
Ziyalılar Forumu hakimiyyəti ictimai fəaliyyətinə və siyasi baxışlarına görə həbs olunan bütün məhbusları azad etməyə çağırıb. -02D-
-
- İqtisadiyyat
- 27 İyun 2012 15:59
-
- Cəmiyyət
- 27 İyun 2012 16:54
Cəmiyyət
-
Otuz ildən artıq bir müddətdə Turan İnformasiya Agentliyi Azərbaycanda müstəqil jurnalistikanın dayağı olub, siyasi və iqtisadi qeyri-sabitlik şəraitində obyektiv və etibarlı xəbərlər təqdim edib. 1990-cı ildə - Sovet İttifaqının son günlərində yaradılan agentliyimiz, keçid dövrünün çətinliklərindən, müharibə və islahatlar dövrlərindən keçərək ictimai maraqları qorumağa sadiq qalıb.
-
Fevralın 14-də Bakıda və Abşeronda hava tutqun olacaq, yağış yağacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 2 + 4, gündüz müsbət 5 + 7 dərəcə olacaq. Rütubət 75-85 faiz olacaq.
-
Naxçıvan Baş Gömrük İdarəsinin "Culfa" gömrük postunda İrandan gələrək Azərbaycan ərazisindən tranzit keçməklə Türkiyəyə "PVC" yükü aparan nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb edilib. Keçirilən yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq qatqısı çənindən və qızdırıcı sistemin çənindən maye halında 101 kq 400 qram psixotrop maddə - metamfetamin aşkar edilib
-
Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək. Bu barədə fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Rəy yaz