Baş nazir Erdoğan D.Baykalı rüsvay edib
Türkiyədə ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Deniz Baykal baş nazir Erdoğandan rəsmi açıqlama gözlədiyi barədə bəyanat yayıb.
Keçmiş sədrin bu addımına partiya rəhbəri vəzifəsindən getməsinə səbəb olan görüntülərin Internetdə yayılmasına baş nazir Erdoğan tərəfindən təlimat verilməsi haqda səs qeydlərinin yayılması səbəb olub.
Seçkilərlə bağlı fəaliyyət çərçivəsində Antalyada olan D.Baykal yayılan səs qeydlərilə bağlı jurnalistlərə açıqlama verib. “Baş nazir Erdoğandan, rəsmi qurumlardan bir açıqlama gözləyirəm”, deyə D.Baykal Erdoğana xitab edib.
D.Baykalın keçmiş müavini Yılmaz Ateş də açıqlama verib. “Rəsmi açıqlama gozləyirik, ictimaiyyət elə əvvəldən də bu iddiada idi, səs qeydlərilə iddianın doğruluğu ortaya çıxdı”, deyə Y.Ateş mövqeyini ifadə edib.
D.Baykal 1992-ci ildə CHP sədri seçilib. 2010-cu ilə kimi partiya sədri olub. 2010-cu il seks skandalı iddiası ilə gizli çəkilərək internetdə yayımlanan görüntülərə görə tutduğu vəzifədən istefa verib.
İndiki baş nazir Erdoğan bu məsələ barəsində çıxış edərək, D.Baykala vəzifədən getməsinə səbəbkar kimi CHP-nin indiki sədri Kemal Kılıçdaroğlunu göstərib. “Belə isə, o zaman rəsmi açıqlama ver”, deyə D.Baykal hər dəfə baş nazirin bu səpkili iddalarına cavab verirdi. -05D-
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz