Ankara məhkəməsi Twitter social şəbəkəsinə qoyulmuş qadağanın ləğvini tələb edib
Türkiyə baş naziri Erdoğan bu gün növbəti şilləni alıb. Ankaranın administrativ məhkəməsi Twitter sosial şəbəkəsinə qoyulmuş qadağanın ləğvi haqqında qərar qəbul edib.
Türkiyədə Twitter mikrobloqlarına qadağa Erdoğanın israrı ilə qoyulub. O, tərəfdarlarının mitinqində “tvitter-şmitteri” bağlaması ilə qürur duyub.
Beləliklə, məhkəmə Türkiyə vəkillər kollegiyasının iddiasını təmin edib. Kollegiya martın 20-də resursun bağlanmasından dərhal sonra iddia verib. Hakimlər qeyd ediblər ki, Twitter-ə çıxışın bağlanması “hüquqi dövlət prinsiplərinə ziddir”.
Yaxın zamanda məhkəmə öz qərarı haqqında TİB telekommunikasiya tənzimləyicisinə məlumat verəcək. Türkiyədə Twitter-in elə bu gün açılacağı gözlənilir. -02D-
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz