Türkiyədə zəlzələ nəticəsində 20 nəfər həlak olub
Ankara/25.01.20/Turan: Türkiyənin şərqində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 20 nəfərə çatıb, yaralananların sayı 1015 nəfərdir. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Zəlzələ yanvarın 24-də yerli vaxtla saat 20:55-də 6,8 bal gücündə baş verib. Zəlzələnin episentri Elazığ vilayətinin Sivrice ilçəsidir.
Türkiyə hökuməti yanında Fövqəladə Halların Qarşısının Alınması və Müdaxilə İdarəsinin (AFAD) məlumatına görə, zəlzələdən sonra 4,0 və daha yüksək maqnitudalı 228 yeraltı təkan qeydə alınıb. Yeraltı təkanlar Elağıza bitişik şəhərlərdə (Adana, Hatay, Osmaniyə, Tunceli, Gaziantep, Şanlıurfa, Malatya, Mardin, Samsun, Tokat, Çorum və Kayseri) və Suriyanın şimalında hiss edilib.
Elazığ şəhərində dörd bina dağılıb. Təbii fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir.
Elazığ hava limanı normal rejimdə işləyir. Bölgədə elektrik və qaz təchizatı ilə bağlı problem yoxdur.
AFAD və Türkiyə Qızıl Ay bölgəyə yüzlərlə yük maşını çadır, yataq dəsti, yorğan, mobil mətbəx, istilik avadanlığı və ərzaq göndərib.-02D-
-
- Cəmiyyət
- 25 Yanvar 2020 11:08
-
- Makroiqtisadiyyat
- 25 Yanvar 2020 12:08
Dünyada
-
Çərşənbə günü səhər ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb, bundan sonra Ukraynadakı müharibəni dayandırmaq üçün dərhal danışıqlara başlanacağı elan edilib. Tramp bu barədə Truth Social platformasında məlumat verərək vurğulayıb ki, onun fikrincə, əgər o, əvvəlki dövrlərdə prezident olsaydı, bu münaqişə baş verməzdi, lakin artıq baş verdiyinə görə, onu bitirmək lazımdır.
-
Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü Reuters-ə verdiyi müsahibədə ölkəsinin geniş nadir torpaq metallarının yataqlarını əks etdirən əvvəllər məxfi saxlanılan xəritəni diqqətlə araşdıraraq keçmiş ABŞ Prezidenti Donald Trampın “müqavilə bağlama” meylinə müraciət etməyə çalışdığını göstərdi.
-
ABŞ prezidenti Donald J. Trampın Rusiya prezidenti Vladimir V. Putinlə Ukraynada müharibənin mümkün sonu barədə telefon danışığı apardığı bildirilir. Bu barədə New York Post məlumat yayıb. Məlumatda söhbətin nə vaxt baş tutduğu və ya Rusiyanın bunu təsdiqləyib-təsdiqləmədiyi açıqlanmır, bu da Trampın münaqişəyə dair qeyri-müəyyən mövqeyinə yeni suallar yaradır.
-
ABŞ Prezidenti Donald Tramp qlobal yardımları dondurdu, o cümlədən Konqres tərəfindən müstəqil media və informasiya azadlığının dəstəklənməsi üçün ayrılmış 268 milyon dollardan çox vəsaitin istifadəsini dayandırdı. Sərhədsiz Reportyorlar (RSF) bu qərarı pisləyərək, qeyri-hökumət təşkilatlarını, media qurumlarını və jurnalistləri qeyri-müəyyən vəziyyətə saldığını bildirib. RSF beynəlxalq donorları müstəqil medianın davamlılığını təmin etmək üçün məsuliyyət götürməyə çağırıb.
Rəy yaz