10 ayda Azərbaycanda əmtəəlik qaz hasilatı 6% artıb
2015-ci ilin yanvar-oktyabrında Azərbaycanda 16 mlrd 392,1 mln kubmetr əmtəəlik qaz çıxarılıb. Bu, ötən ilin eyni dövründəkindən 6,2% çoxdur. Bu barədə Turan-a Dövlətstatkomda bildiriblər.
“Oktyabrda əmtəəlik qaz həcmi 1 mlrd 967,2 mln kubmetr olub”, - deyə Dövlətstatkomda bildiriblər.
Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda 18 mlrd 827 mln kubmetr əmtəəlik qaz çıxarılıb. Bunun 14,99 mlrd kubmetri təbii, 3,387 mlrd kubmetri səmt qazı olub.
Bu il Azərbaycanda 20 mlrd kubmetr əmtəəlik qaz hasilatı gözlənilir. –12В--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz