20 ildən sonra dünyada neft hasilatı sutkada 112 mln barrel olacaq – ВР
OPEK neftinin hasilat həcmu uzunmüddətli perspektivdə sutkada 7 mln barrel artaraq 2035-ci ildə 44 mln barrelə çatacaq, deyə BP Energy Outlook məlumat verir.
Məruzədə deyilir ki, OPEK hasilatı artıraraq bazarda payını 40% səviyyəsində saxlamaq istəyir.
BP-nin proqnozuna görə, dünyada neftə tələbat sutkada 20 mln barrel artaraq 2035-ci ildə 112 mln barrelə çatacaq.
OPEK-ə daxil olmayan ölkələr neft ölkələrinin tədarükü deyilən dövrdə sutkada 11 mln barrel artacaq.
Beynəlxalq Energetika Agentliyinin rəyinə görə, dünyada neft tədarükü apreldə sutkada 250 min barrel artaraq 96,2 mln barrel olub.
Agentliyinin rəyinə görə, OPEK neftinin hasilatı ötən ay sutkada 330 min barrel artaraq 32,76 mln barrel təşkil edib.—0—
-
- İqtisadiyyat
- 15 May 2016 14:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz