2014- cü ildə Azərbaycanda gömrük tariflərinin artırılması nəzərdə tutulmur
2014-cü ildə Azərbaycanda gömrük tariflərinin artırılması nəzərdə tutulmur. Bu barədə jurnalistlərə Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev bildirib.
Onun sözlərinə görə, gömrük xidməti üzrə dövlət büdcəsinə daxilolmaların artması tariflərin artmasının hesabına deyil, idxalın həcminin gözlənilən artımı, sərhəd ticarətinin daha sivil qaydada tətbiqi və bunun gömrük bəyannaməsinə daxil edilməsi sayəsində təmin olunacaq.
Cari ilin 10 ayında proqnozlaşdırılan 1,134 mlrd. manatın əvəzinə gömrükçülər dövlət büdcəsinə 1,38 mlrd. manat köçürüblər.
2014-cü ildə gömrük xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmaların 1,51 mlrd. manat səviyyəsində olacağı gözlənilir. –06D--
-
- Siyasət
- 9 Noyabr 2013 20:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz